Analytic.az
İNFORMASİYA  AGENTLİYİ
GÜNDƏLİK
23.10.2021  18:57
Prezident Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzaladı
23.10.2021  18:55
Korona xəstəsi restoranda saxlanıldı
23.10.2021  18:53
Toya 150-dən çox qonaq dəvət etdi: polis cərimələdi
23.10.2021  18:16
"Şuşanı fəth etmək mümkün deyildi"- Arutyunyan
23.10.2021  17:13
Buynuzlu dinozavrın qalıqları 8 milyon dollara satıldı
22.10.2021  22:40
Taliban voleybolçu qızın başını kəsdi
22.10.2021  22:30
"Dağlıq Qarabağ münaqişəsi artıq mövcud deyil" - Spiker
22.10.2021  22:26
Monteneqro Telman İsmayılova siyasi sığınacaq verdi
22.10.2021  22:23
Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
22.10.2021  22:19
Canəli Əkbərov vəfat etdi
21.10.2021  18:45
Telman İsmayılovun Rusiyaya eksdresiyası ilə əlaqədar məhkəməyə müraciət edildi
21.10.2021  18:43
Qanunsuz ov edən əcnəbi vətəndaşlar cəzalandırılıb
21.10.2021  18:33
Onlayn narkotik satan daha bir dəstəyə hökm oxunub
21.10.2021  18:31
Bu şəxslər dövlət rüsumundan AZAD EDİLDİ
21.10.2021  06:48
Qarabağdakı erməni silahlı dəstələri tərk-silah edilir - Arutyunyan AÇIQLADI
20.10.2021  13:25
Türk ordusunun əməliyyatından əvvəl şok gəlişmə: İşin içində İran da var
20.10.2021  13:10
Mehriban Əliyeva Boğaziçi sammitinə fəxri qonaq kimi dəvət olundu
20.10.2021  12:57
Azərbaycanda professor qadın dələduzluğa görə həbs edildi
20.10.2021  12:52
Erməni kənd başçısı: “Azərbaycanlılar əsla geri çəkilmək niyyətində deyillər”
20.10.2021  12:50
Sergey Lavrovla "Taliban" nümayəndələri arasında görüş başlayıb
19.10.2021  19:14
Elnur Əşrəfoğlu VƏFAT ETDİ
19.10.2021  19:12
Britaniyada koronavirusun yeni ştamı aşkarlandı
19.10.2021  19:10
Türkiyəli hakerlər Trampın saytını sıradan çıxarıb
19.10.2021  19:08
25 yaşlı qadın özünü DOĞRADI
19.10.2021  19:02
COVID-19-a qarşı immunitet ömür boyu davam edə bilər?
18.10.2021  21:37
Ana qızının sevgilisinə ərə gedir - Qız şokda
18.10.2021  21:34
Fuad Qəhrəmanlının qızı ilə bağlı rəsmi açıqlama
18.10.2021  21:16
Atası Kəramətlə görüşdü
18.10.2021  21:00
Sankt-Peterburq polisi şəhərdə silahla gəzən azərbaycanlını saxlayıb
18.10.2021  20:56
Afrika ölkəsi Türkiyədən dron almaq istəyir
12.10.2021  15:02
Karantin qaydalarını pozan toy təşkilatçıları cərimələndi
12.10.2021  14:59
Erməni ictimai xadim: “76 nəfərdən heç kim oradan sağ çıxmadı”
12.10.2021  14:50
Qarabağdan gedən ermənilər: "Biz Ermənistanın istənilən vilayətində yaşamağa hazırıq"
12.10.2021  14:27
Polis sevdiyi qızı qaçırdı, onunla cinsi əlaqədə oldu və...
12.10.2021  14:24
NASA Marsda həyat izlərinə dair foto paylaşıb
11.10.2021  14:13
Gənc jurnalist koronavirusdan vəfat edib
11.10.2021  14:10
Nobel mükafatçısı "Facebook"u tənqid etdi
11.10.2021  13:56
Ermənilər Qarabağda "sərhəd" yaratmaq istəyirlər
11.10.2021  13:53
Makronun sağlamlıq kartından istifadə edən şəxs tutuldu
11.10.2021  13:41
Naftalanda kişi iynədən şoka düşüb öldü
Arxiv >>>
SIYASƏT+HÜQUQ
Facebook Twitter Google Myspace
SİFARİŞİNİZİ VERİN...
Prezident Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzaladı
Tarix: 23-10-2021 // saat: 18:57   SIYASƏT+HÜQUQ
Canəli Əkbərov 1940-cı il mart ayının 10-da Lənkəran rayonunun Tükəvilə... 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Canəli Xanəli oğlu Əkbərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
 
Nekroloqun mətnində deyilir:
 
- Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Canəli Xanəli oğlu Əkbərov 2021-ci il oktyabrın 22-də ömrünün 82-ci ilində vəfat etmişdir.
 
Canəli Əkbərov 1940-cı il mart ayının 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1958-ci illərdə Lənkəran Tibb Texnikumunda oxumuşdur. Musiqiyə hələ erkən yaşlarından hədsiz maraq göstərən Canəli Əkbərov 1963–1968-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin xanəndəlik şöbəsində təhsil almış və mədəni-mənəvi irsimizin zəngin xəzinəsi olan muğamın incəliklərini həmin dövrdə böyük həvəslə öyrənmişdir. Burada onun sənətkar şəxsiyyətinin formalaşmasında məşhur ustad sənətkarlarımızın böyük rolu və mühüm təsiri olmuşdur. Canəli Əkbərov 1976–1982-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır.
 
1963–1975-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında işləyən Canəli Əkbərov 1976–2006-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, opera səhnəsində aparıcı rollarda çıxış edərək çox sayda yaddaqalan obrazlar yaratmışdır.
 
Canəli Əkbərov 1992-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demiş, uzun illər muğam sənəti kafedrasının müdiri olaraq fəaliyyət göstərmişdir.
 
Geniş səs diapazonuna malik sənətkar Canəli Əkbərov milli xanəndəlik məktəbinin nailiyyətlərini layiqincə davam etdirmiş və Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə töhfələr vermişdir. Sələflərinin yaradıcılıq ənənələrinə sadiqlik və muğamın klassik ifa tərzinin qorunub saxlanması onun altmış ildən artıq müddət ərzindəki fəaliyyətinin başlıca qayəsini təşkil etmişdir. Canəli Əkbərovun ifasında səslənən “Orta mahur”, “Çahargah”, “Arazbarı”, “Heyratı” və digər qədim muğamlarımız, bir çox təsniflər və xalq mahnıları, həmçinin muğam operalarında yaratdığı partiyalar Azərbaycanın musiqi mədəniyyətinin inciləri sırasında özünəməxsus yer tutur.
 
Dünyanın bir çox ölkələrinə qastrol səfərlərində Azərbaycan mədəniyyəti günləri və beynəlxalq musiqi festivallarının iştirakçısı kimi Canəli Əkbərov milli mədəniyyətimizi uğurla təmsil etmiş, öz çıxışları ilə musiqimizi dünyanın müxtəlif xalqlarının nümayəndələrinə sevdirməyi bacarmışdır. Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş ustad xanəndənin səmərəli sənət fəaliyyəti gənc və istedadlı ifaçıların yeni nəslinin formalaşdırılması üçün bir məktəb olmuşdur.
 
Canəli Əkbərov milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2010-cu ildə “Şərəf” və 2020-ci ildə 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilmişdir.
 
Görkəmli xanəndə, mahir pedaqoq, səmimi və təvazökar insan Canəli Əkbərovun xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Anar Kərimov
Emin Əmrullayev
Zeynəb Xanlarova
Əlibaba Məmmədov
Arif Babayev
Səkinə İsmayılova 
Hörmətli oxucu, MƏQALƏYƏ MÜNASİBƏTİNİ YAZ : *
Sayı : (0)
Adınız
E-poçt ünvanınız
Rəy əlavə et
Cod
GÜNDƏLİK - SIYASƏT+HÜQUQ
Prezident Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzaladı
Tarix: 23-10-2021 // saat: 18:57
"Dağlıq Qarabağ münaqişəsi artıq mövcud deyil" - Spiker
Tarix: 22-10-2021 // saat: 22:30
Qanunsuz ov edən əcnəbi vətəndaşlar cəzalandırılıb
Tarix: 21-10-2021 // saat: 18:43
Onlayn narkotik satan daha bir dəstəyə hökm oxunub
Tarix: 21-10-2021 // saat: 18:33
Mehriban Əliyeva Boğaziçi sammitinə fəxri qonaq kimi dəvət olundu
Tarix: 20-10-2021 // saat: 13:10
Prezident Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzaladı
Tarix: 23.10.2021 // saat: 18:57
"Dağlıq Qarabağ münaqişəsi artıq mövcud deyil" - Spiker
Tarix: 22.10.2021 // saat: 22:30
Qanunsuz ov edən əcnəbi vətəndaşlar cəzalandırılıb
Tarix: 21.10.2021 // saat: 18:43
Onlayn narkotik satan daha bir dəstəyə hökm oxunub
Tarix: 21.10.2021 // saat: 18:33
"Instagram"dan hamını sevindirəcək xəbər
Tarix: 6.10.2021 // saat: 20:42
Cəbrayılda “KAMaz” servis mərkəzi tikiləcək
Tarix: 4.10.2021 // saat: 21:01
Azərbaycanlı internet istifadəçilərinə "Google Chrome"la əlaqədar xəbərdarlıq
Tarix: 1.10.2021 // saat: 18:54
Türk liderləri bu tarixdə toplanacaq
Tarix: 27.9.2021 // saat: 17:36
MÜƏLLİF
> iyun 2022
Mo Di Mi Do Fr Sa So
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3