Taliban Əfqanıstanın qadın voleybolçulardan ibarət gənclər komandasının üzvü Məhəcəbid Həkimini edam edib. Bu barədə “The Tribune India” komandanın məşqçisinə istinadən xəbər yayıb.
Qəzetin yazdığına görə, voleybolçu qız oktyabr ayının əvvəlində başı kəsilərək edam edilib. Lakin bu məlumatlar gizli saxlanılıb. İdmançının yaxınları da həyatlarına təhlükə olduğundan hadisə haqqında açıqlama verməyə cəsarət etməyiblər. Ancaq bir neçə gün əvvəl sosial mediada bir qızın, kəsilmiş qanlı başını əks etdirən fotoşəkillər yayılmağa başladı. Ehtimal edilir ki, bu millinin üzvü Həkimi olub.
Qeyd edək ki, Məhəcəbid Əfqanıstanda hakimiyyət dəyişikliyinə qədər Kabil voleybol klubunda çıxış edib. Onun komandanın aparıcı oyunçularından biri olduğu vurğulanır.